14 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi,Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" devizi altında ümumtəhsil məktəblərinin 12 yaşadək oğlan və qız şagirdləri arasında şahmat yarışı keçirilib.
Yarışda Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov çıxış edərək yarış iştirakçılarını qələbə münasibətilə təbrik etdi. O, qeyd etdi ki, İkinci Qarabağ müharibəsi tarixi hadisədir. Milli Ordumuz 44 gün ərzində Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi.
Məktəbin direktoru Vahid Həsənov yarışın keçirilmə qaydalarını izah edib yarış iştirakçılarına uğurlar arzuladı. Daha sonra yarışa start verildi.
Yarışda 32 şahmatçı mübarizə aparmışdır.Yarışın sonunda oğlanlar arasında:
I yer - Mikayılov Davud Əjdər oğlu
II yer  - Behbudov Musa Elxan oğlu
III yer - Əliyev Vaqif Əli oğlu
Qızlar arasında:
I yer - Mikayılova Şənay Əjdər qızı
II yer - Həsənli Jalə Ümid qızı
III yer - Nəcəfova Xədicə Çingiz qızı olmuşdur.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplom ilə təltif olunmuşdur.