27 yanvar 2021-ci il tarixdə Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbində rayon ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün seminar keçirilmişdir. Seminarda 31 müəllim iştirak etmişdir. Seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak etmişdir.
Seminarı giriş sözü ilə açan Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov öz çıxışında gənc nəslin əqli inkişafında şahmatın əhəmiyyəti, muxtar respublikamızda şahmat fənninə verilən diqqət haqqında məlumat vermişdir. Seminarı aparan Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbinin direktoru Əli Gülmalıyev seminar iştirakçılarına şahmat fənninin tədrisində qarşıya qoyulan vəzifələr, dərslərdə yüksək nəticələrə nail olmaq üçün elektron dərslərdən istifadə haqqında, istedadlı şahmatçıları üzə çıxarmaq məqsədi ilə tez - tez sinifdaxili və məktəbdaxili yarışların keçirilməsi, xüsusi istedada malik şahmatçı şagirdlərin rayon Şahmat məktəbinə yönləndirilməsi barədə məlumat vermişdir. O öz çıxışında müəllimlərə xüsusi proqramlar vasitəsi ilə şahmatçı şagirdlərinin rayonun digər məktəblərindəki şagirdlərlə onlayn şahmat yarışlarının necə keçirilməsini, internet vasitəsi ilə müxtəlif şahmat proqramlarına necə qoşulmağı izah etmişdir. Seminarın sonunda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.