Sədərək Rayon Təhsil Şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Qələbəmizə Doğru”devizi altında ümumtəhsil məktəblərinin şahmat komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Keçirilən görüşdə Sədərək Rayon Təhsil  Şöbəsinin Uşaq Gənclər Şahmat məktəbinin əməkdaşları və ümumtəhsil məktəblərinin 5 komandası 20 şahmatçı şagirdi iştirak edib.
Görüşün keçirilməsində məqsəd yeniyetmələrə və idmançılara diqqət,  qayğının artırılması, məktəblilərin zehni hazırlığının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin idmanın bu növünə olan marağını daha da artırmaqdan ibarət olmuşdur.
Yoldaşlıq görüşünün yekun nəticələrinə əsasən Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası görüşdən xal hesab ilə qalib ayrılmışdır.
 
Sonda qalib komanda, təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.