10 avqust 2021-ci il tarixdə Şahmat Mərkəzində “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə oğlan komandalar arasında şahmat birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 17 komanda, hər komanda da 6 oğlan olmaqla ümumilikdə 102 şahmatçı iştirak etmişdir. Qeyd edək ki, birincilikdə komandalar “Olimpiya” sistemi üzrə mübarizə aparmışlar. Yarışın yekun nəticəsinə əsasən, “Zəfər” komandası I yerə, “Qarabağ” komandası II yerə, “Nuh Yurdu” komandası isə III yerə layiq görülmüşdür. Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunmuşdur.