Sentyabrın 24-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şagirdlər üçün saat 11:00-da “Kiçik yaşlı şahmatçıların oyunlardakı səhvlərə aid nümunələri” mövzusunda keçirilən interaktiv dərsdə şahmata yeni başlayanlar üçün sadə debütlər izah olunaraq nümayiş olunub. İtalyan oyunu və Şimal qambitinə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib. Dərs müddəti 25 dəqiqə olub.
Saat 12:00-da müəllimlər üçün keçirilən seminarda şahmat oyunun sonluq hissəsi olan endşpil haqqında məlumat verilib. Şagirdlərin çətinlik çəkdiyi mövzu olduğu üçün endşpilə aid məsələ həllərinə geniş yer verilməsi lazım olduğu bildirilib. Xüsusilə piyada sonluqları diqqətdə saxlanılıb. Dərs 60 dəqiqə keçirilib.
Bununla yanaşı saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə hansı debütlərin açıq debütlərə aid olduğu və belə debütlərin xüsusiyyəti haqqında məlumat verilib. Açıq debütlərə aid oyunlar təhlil olunub. Keçirilən dərsin müddəti 60 dəqiqə olub.
İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.