27 avqust 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli şahmatçıları ilə Təhsil Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbinin şahmatçıları arasında lichess.org saytı vasitəsilə onlayn yoldaşlıq görüşü keçirilib.

Onlayn yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd məktəblilərin yay tətili dövründə asudə vaxtlarını səmərəli təşkil etmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

Yarışda hər komandada 4 oğlan, 2 qız olmaqla ümumilikdə 12 dərəcəli şahmatçı iştirak edib. Hər şahmatçıya 5 dəqiqə + 2 saniyə vaxt verilməklə Şveninqen sistemində 1 saat 10 dəqiqə davam edib.

Onlayn qaydada keçirilən yarışın yekun nəticələrinə əsasən, Lənkəran şahmatçıları qalib gəlib.