24 sentyabr 2021-ci il tarixdə Culfa rayon Uşaq Gənclər Şahmat Məktəbində II Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ümumtəhsil məkəblərinin şagirdləri arasında şahmat yarışı keçirilmişdir.
Yarış Naxçıvan MR Şahmat Federasiyasının Culfa rayon bölməsi, Culfa rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Culfa rayon Təşkilatı Gənclər Birliyinin, Gənclər və İdman İdarəsinin birgə təşkilkatçılığı ile keçirilmişdir.
Yarışa başlamazdan əvvəl çıxış edənlər bildirmişdir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şahidlərimiz hər zaman qəlbimizdə yaşayacaqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin palaq təcəssümüdür.
Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət 34 şahmatçının iştirakı ilə keçirilmişdir.
Yarışın yekun nəticələrinə əsasən:
I yer-Baxşızadə Uğur
II yer-Ağayev Əli
III yer-Məmmədzadə Oğuz
Sonda qaliblərə və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur
 
--
 
24 sentyabr 2021-ci il tarixdə Ordubad rayon Uşaq Gənclər Şahmat məktəbində "Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq" devizi altında ümumtəhsil məktəblərin istedadlı şahmatçıları arasında şahmat üzrə "Ordubad rayon birinciliyi" keçirilmişdir.
Yarış Naxçıvan Şahmat Federasiyasının yerli rayon bölməsinin, Ordubad rayon təhsil şöbəsinin və Ordubad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Ümumi turnir üzrə
Babayev Zaur I yerin,
Bağırlı Camal II yerin ,
Babazadə Aynur III yerin qalibi olmuşdur.
Yarış İsveçrə sistemi üzrə 5 turdan ibarət 56 şahmatçının iştirakı ilə keçirilmişdir. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.
 
--