17 avqust 2020 - ci il tarixdə Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbində rayon ümumtəhsil məktəblərinin kiçik yaşlı şahmatçıları arasında sosial məsafə və gigiyenik qaydalar gözlənilməklə şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

17 şagirdin iştirak etdiyi yarış İsveçrə sistemi üzrə keçirilmiş və 5 turdan ibarət olmuşdur.

Turnirin sonunda qaliblər müəyyən olunmuşdur.
I yer - Süleymanlı Mövlud
II yer - Nəcəfzadə Coşqun
III yer - Rzalı Fuad

Sonda qaliblərə yarış təşkilatçılarının diplomları təqdim olunmuşdur.