9 dekabr 2019-cu il tarixdə Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Yarış Sədərək rayon Təhsil şəbəsinin, Rayon Şahmat məktəbinin və Sədərək kənd 2 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə keçirilmişdir.
Yarışın açılış mərasimində Rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılov, Məktəbin direktoru Qurban Qasımov çıxış ederək bildiriblər ki, bu gün Azərbaycanda şahmat idman növü üzrə dünyanın ən güclü idmançılarına sahibdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, şahmatçılarımız beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.
Bütün bu uğurlar idmanın bu növünə olan diqqətin bariz nümunəsidir. Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir deyə vurğlamışlar.
Turnirin sonunda I yerə VI sinif şagirdi Qasımov Nihad, II yerə VI sinif şagirdi Cəfərova Şəhanə və III yerə isə V sinif şagirdi Abbasov Anar layiq görülmüşlər.
Qaliblər təşkilatçılar tərəfindən Diplom və Fəxri fərmanlarla mükafatlandırılmışlar.