06 dekabr 2019-cu il tarixində Sədərək rayon Uşaq gənclər Şahmat məktəbində Sədərək rayon Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsəinin Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Şahmat üzrə Tempo turnir keçirilmişdir.
Yarışın əvvəlində çıxış edən Rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılov, Gənclər və idman idarəsinin rəisi Polad Rzazadə, Naxçıvan MR şahmat federasiyasının sədr müavini, beynəlxalq hakim Emin Hacıyev bildiriblər ki, son illər Muxtar Respublikada şahmat idman növünün kütləviliyinin təmin olunması üçün xeyli iş görülmüşdür.
Yarışda iştirak edən şahmat üzrə beynəlxalq usta Fikrət Sideifzadə də idmançılara öz tövsiyyələrini vermiş və yarış iştirakçılarına uğurlar arzu etmişdir.
Yarışda 35 yeniyetmə və həvəskar şahmatçılar iştirak etmişdir.
Yekun nəticələrə əsasən 1-ci yerə Hüseynov Gökan, 2-ci yerə İbrahimzadə Nurşən və 3-cü yerə isə Rzayev Sənan layiq görülmüşlər .
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafarladırılmışlar.