16 yanvar 2019-cu il tarixdə Sədərək rayon Şahmat məktəbində Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və YAP- Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hislərinin yüksəldilməsi məqsədilə şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda qızlar arasında Kazımova Fatimə 1-ci yerin, Heydərova Sevda 2-ci yerin,oğlanlar arasında Hüseynov Səid 1-ci yerin, Əliyev İsmayl və Əlizadə Yusif müvafiq olaraq 2-ci və 3-cü yerin sahibi olmuşlar. Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif edilmişlər.