Məlumdur ki, Azərbaycanda, o cümlədən Muxtar Respublikada yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəblərdə təhsil müvəqqəti dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında Sədərək rayon ümumtəhsil məktəblərində və Uşaq Gənclər Şahmat məktəbində tədris onlayn şəkildə davam etdirilir.
Verilmiş tapşırığa əsasən Sədərək rayon Şahmat məktəbinin şagirdləri də Naxçıvan Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə Qal Şahmat Oyna” sloqanına qoşulublar. Sədərək rayon şahmatçıları dərslərin olmamasına baxmayaraq şahmatla düzənli məşğul olur, keçirilən internet üzərindən canlı yarışlarda və dərslərdə iştirak edirlər.
Məktəbimizdə fəaliyyət göstərən müəllimlər “Evdə qal, şahmat oyna” şüarı altında birləşərək şagirdlər üçün “Zoom” proqramı vasitəsilə proqrama uyğun onlayn dərslər keçirirlər. Keçirilən tədbirlərinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon bölməsi və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə 22 may 2020-ci il tarixdə növbəti onlayn dərs keçmişdir. Dərsdə “Yeni başlayanlar üçün ən yaxşı şahmat açılışları” mövzusunda oyun nümunələrinə baxılmış, keçirilən onlayn dərsdə rayon ümumtəhsil məktəblərinin 11 şagirdi iştirak etmişdir.