14 yanvar 2020- ci il tarixdə Naxçıvan Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda ümumtəhsil məktəblərindən Sədərək kənd 1 nömrəli, Sədərək kənd 2 nömrəli, Heydərabad və Qarağac kənd tam orta məktəblərinin şagirdləri arasında internet üzərindən canlı Şahmat yarışı təşkil edilmişdir.
Yarışın qalibi 1 nömrəli Sədərək kənd tam orta məktəbi olmuşdur.
Onuda qeyd etmək istərdik ki, Sədərək rayonunda ilk dəfə ümumtəhsil məktəblərinin şagirdləri arasında internet üzərindən canlı şahmat yarışı baş tutmuşdur. Şagirdləri bu cür yarışlara daha da həvəsləndirmək məqsədilə yarışın sonunda bütün iştirakçılara kitab hədiyyə edilmişdir.