Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi, Sədərək rayon Şahmat məktəbi və Balakən Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şahmatçılar arasında yoldaşlıq görüşü keçirilib.

Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən elan olunmuş yoldaşlıq oyunu www.lichess.org saytında avqustun 27-də saat 17:00-da keçirilib.

5 dəqiqə +1 saniyə vaxtla keçirilən və 1 saat davam edən görüşdə hər komandada 2 qız, 4 oğlan olmaqla, ümumilikdə 12 oyunçu iştirak edib.

Onlayn qaydada keçirilən görüşün yekun nəticəsinə əsasən oyun bərabərliklə bitib.