18 fevral 2020-ci il tarixdə Şərur Rayon İcra Hakimiyyətində "Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirə keçirilmişdir. Mövzu ətrafında Şərur Rayon İcra Hakimiyyətinin başçısı K.C.Cəfərov çıxış etmişdir. Sonra Şərur Rayon Təhsil Şöbəsinin müdiri, Gənclər və İdman İdarəsinin rəisi və Şahmat məktəbinin direktoru 2019-cu il ərzində görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat vermişlər. 01 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən "Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirədə rayon İcra Hakimiyyətlərinin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bununla bağlı Şərur Rayon İcra Hakimiyyətinin başçısı Federasiyanın bölmə rəhbərlərinə və məşqçi müəllimlərə bir sıra tapşırıqlar vermişdir. Sonda 2019-cu ildə fərqlənən məşqçi müəllimlərə və idmançılara hədiyyələr təqdim olunmuşdur.