28 Yanvar 2020-ci il tarixdə Şərur rayon Şahmat məktəbində Şahmat Federasiyasının Şərur rayon bölməsi , Şərur rayon Təhsil Şöbəsi və Şahmat məktəbinin təşkilatçılığı ilə "2 Fevral Gənclər " günü münasibəti ilə bağlı Şahmat yarışı təşkil olunmuşdur. Yarışda 58 gənc Şahmatçı iştirak etmişdir.Yekun nəticəyə əsəsən qaliblər müəyyənləşdirilmişdir. 1-ci yerin qalibi Abdullayev İlhan İlyas oğlu ,2-ci yerin qalibi Qasımov Turan Vəli oğlu ,3- cü yerin qalibi Həsənova Fəridə Adil qızı , 4- cü yerin qalibi Seyidov Kazım Daşqın oğlu, fərqləndiyinə görə Orucova Günay Lətif qızı, Həsənli Günel Vaqif qızı təltif olunmuşlar. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.