21 fevral 2020-ci il tarixdə Şərur rayon Şahmat məktəbində Federasiyanın Şərur rayon bölməsi ,Şərur rayon Təhsil şöbəsini və Şahmat məktəbinin təşkilatçılığı ilə Rayonlar arası TEMPO yarışı təşkil olunmuşdur.Yarışda Şərur və Kəngərli rayonları olmaqla 98 Şahmatçı iştirak edirdi. Yakun nəticəyə əsasən qaliblər müəyyənləşdirilmişdir. Ümumi yarışın 1- ci yerin qalibi Kəngərli rayon Şahmatçısı Hüseyinzadə Əli, 2- ci yerin qalibi İsmayılov Zakir, 3-cü yerin qalibi Zeynalov Ayhan qalib gəlmişlər. 14 yaşlıı oğlanlar arası Abdullayev İlhan, 12 yaşlarda Xəlilov Azad, 10 yaşlarda Cəfərli Ramin, 14 yaşlı qızlar arası Nəcəfova Xatun, 12 yaşlı qızlarda Babayeva Mələk, 10 yaşlarda Babayeva İnci, 8 yaşlar arası Qəhrəmanlı Sara layiq görülmüşlər. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.