7 dekabr 2019-cu il tarixdə Şərur rayon Şahmat məktəbində Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş 8-14 yaşadək uşaqlar arasında Şahmat Federasiyasının Şərur rayon bölməsi və Şərur rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şahmat turniri həyata keçirilmişdir. Yarışda 68 şahmatçı iştirak etmişdir. Turnirdə I yerin qalibi Zeynalov Ayxan Azər oğlu, II yerin qalibi Xəlilov Azad Ceyhun oğlu, III yerin qalibi Yusifli Elmin Aydın oğlu olmuşdur. Qaliblər təşkilatçılar tərəfindən medal, diplom, və qiymətli hədiyyələr ilə mükafatlandırılmışlar.