23 Noyabr 2019 cu il tarixdə Şahmat Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə Şahmat məktəbində məktəblər arası Komanda yarışı təşkil olunmuşdur . Yarışda 22 komanda iştirak etmişdir. Yarışın sonunda qaliblər müəyyən olunmuşdur. I yer Çomaxtur kənd tam orta məktəbi, II yer Vərməziyar kənd tam orta məktəbi , III yer isə Ələkli kənd tam orta məktəbin şagirdləri qalib gəlmişlər . Qaliblərə Federasiya tərəfindən diplom medal və kubok hədiyyə verilmişdir.