28 oktyabr 6 noyabr 2019-cu il tarixlərində Türkiyənin Çorum şəhərində 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadası keçiriləcək. Olimpiadada Naxçıvan Şahmat Federasiyasının komandası 3 oğlan 1 qız olmaqla iştirak edəcək. Oğlanlardan I taxtada Məmmədov Sadiq- Avropa Çempionatında III yer tutduğuna görə, II taxtada Qarayev Sadiq - Azərbaycan Çempionatında III yer tutduğu üçün, qızlardan Babayeva Nəsrin - bir neçə beynəlxalq turnirin qalibi olduğu üçün iştirak edəcəklər. Oğlanlar arasında III taxtada oynayacaq şahmatçını müəyyənləşdirmək üçün bazar ertəsi 15:00- da Naxçıvan Şəhər Şahmat Mərkəzində yarış keçiriləcək. Yarışda I dərəcəli 16 yaşa qədər oğlan şahmatçılardan istəyən iştirak edə bilər. Yarışın qalibi Olimpiadada komandamızın üzvü olacaq. İştirak etmək istəyən şahmatçılar bazar ertəsi 14:30-da Şahmat Mərkəzində olsunlar.28 oktyabr 6 noyabr 2019-cu il tarixlərində Türkiyənin Çorum şəhərində 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadası keçiriləcək. Olimpiadada Naxçıvan Şahmat Federasiyasının komandası 3 oğlan 1 qız olmaqla iştirak edəcək. Oğlanlardan I taxtada Məmmədov Sadiq- Avropa Çempionatında III yer tutduğuna görə, II taxtada Qarayev Sadiq - Azərbaycan Çempionatında III yer tutduğu üçün, qızlardan Babayeva Nəsrin - bir neçə beynəlxalq turnirin qalibi olduğu üçün iştirak edəcəklər. Oğlanlar arasında III taxtada oynayacaq şahmatçını müəyyənləşdirmək üçün bazar ertəsi 15:00- da Naxçıvan Şəhər Şahmat Mərkəzində yarış keçiriləcək. Yarışda I dərəcəli 16 yaşa qədər oğlan şahmatçılardan istəyən iştirak edə bilər. Yarışın qalibi Olimpiadada komandamızın üzvü olacaq. İştirak etmək istəyən şahmatçılar bazar ertəsi 14:30-da Şahmat Mərkəzində olsunlar.