“Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib”
10 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış iki yaş qrupu üzrə 10 və 14 yaş qrupunda olan şahmatçılar arasında təşkil edilib. 7 turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.
Birincilikdə rayonun ümumtəhsil məktəblərindən 62 şagirdin iştirakı təmin edilib. 10 yaşadək şahmatçılar arasında Xok kənd tam orta məktəbinin şagirdi Əlili Kənan I yerə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Tarverdiyev Şəhriyar II və Hüseynli Ayxan III yerə layiq görülüb.14 yaşadək şahmatçılar arasında isə Xok kənd tam orta məktəbinin şagirdi Abdullayev Əbdüləzim I yerə, Qarabağlar kənd 2№-li tam orta məktəbin şagirdi Əsgərli Ramay II yerə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Cəfərli Anar III yerə layiq görülüb.
Şahmat yarışının qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.