11 dekabr 2020-ci il tarixdə Sədərək kənd 1 nömrəli və 2 nömrəli tam orta məktəblərində Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Sədərək Rayon bölməsinin və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Ürəklərdə yaşayan dahi" devizi altında ümumtəhsil məktəblərinin V və IX sinif şagirdləri arasında yoldaşlıq görüşü keçirilib.
Keçirilən görüşdə Təhsil Şöbəsinin əməkdaşları Ümumtəhsil məktəblərinin şahmatçı müəllimləri və 30-a yaxın şahmatçı şagird iştirak edib.
Şagirdlərin maraqla iştirak etdikləri yoldaşlıq görüşünün yekun nəticələrinə əsasən Sədərək kənd 1 nömrəli tam orta məktəbi üzrə:
I yer – Elcan Hüseynov XI sinif şagirdi
II yer- Sevgi Abdullazadə VII sinif şagirdi
III yer- Məhəmməd Bağırov VIII sinif şagirdi
Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə:
I yer – Elvin Salahsoylu V sinif şagirdi
II yer- Oruc Həbibov V sinif şagirdi
III yer- Uğur Həbibli VII sinif şagirdi
Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar.