Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon bölməsinin və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə uşaqların yay tətilini səmərəli keçirilməsi məqsədilə Sədərək Rayon Şahmat Mərktəbi üzrə Tempo turnir keçirilib.
Keçirilən yarışda Sədərək rayon Təhsil Şöbəsinin əməkdaşları, Şahmat məktəbinin məşqçi müəllimləri və məktəbin dərəcəli şahmatçıları iştirak edib.
Tədbirdə çıxış edən Sədərək Rayon Şahmat Məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə keçirilən yarış barədə şagirdlərə məlumat verərək Tempo turniri açıq elan edib.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyən olunub.
Qızlar arasında
I yer - Nurşən İbrahimzadə
II yer - Nuray İbrahimova
III yer - Aysu Qədimova

Oğlanlar arasında
I yer - Anar İbrahimzadə
II yer - Elgün Salahsoy
III yer - Ülvi Zamanov
Sonda ilk üçlük daxil olmaqla 6 şahmatçı təşkilatçılar tərəfindən diplom və pul mükafatları ilə təltif olunmuşlar.