27 noyabr 2019-cu il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə və Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci il dönümünə həsr olunmuş Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatı ilə birgə keçirilmişdir.
Yarışda rayon ümumitəhsil məktəblərinin şahmat müəllimləri və şahmatçı şagirdlər iştirak etmişlər.
İlk 6 yerin qaliblərinə təşkilatçılar tərəfindən diplom və pul mükafatı verilmişdir.